“Zirə”nin daha bir futbolçusu üçün mövsüm bitib

“Zirə”nin yarımmüdafiəçisi Mohamad Hamdaui Premyer Liqanın 29-cu turunun “Qəbələ” ilə oyununda (1:2) aldığı zədəsini sağaltsa da, məşq zamanı yenidən zədəsini ağırlaşdırıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, MRT müayinəsi niderlandlı futbolçuda bu mövsümün qalan hissəsini buraxmağa məcbur edəcək ciddi zədə aşkarlayıb.

Bu, artıq “Zirə”nin mövsümü vaxtından əvvəl başa vuran ikinci futbolçusudur. Daha əvvəl Filip Paxtmann da mövsümü erkən başa vurmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button