“Zirə”nin daha 2 rəqibi məlum oldu

“Zirə”nin Antalyadakı təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirəcəyi daha iki rəqibinin adı məlum olub.

Komanda.az kluba istinadən xəbər verir ki, “qartallar” yanvarın 23-də Ukraynanın “Vorskla”, 26-da isə Makedoniyanın “Şkupi” komandaları ilə qarşılaşacaq.

Bundan başqa, ayın 18-də “Zirə”nin rəqibi olmalı olan “Konkordiya”nın (Rumıniya) təlim-məşq toplanışını təxirə salması səbəbindən həmin gün rəqib bu ölkənin “Voluntari” komandası olacaq.

“Zirə” Antalyada ilk oyununa sabah çıxacaq. Komanda Qazaxıstanın “Taraz” klubu ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button