“Zirə”nin 3 futbolçusunda koronavirus aşkarlandı
Azərbaycan Premyer Liqasının 21-ci turunda “Səbail”lə qarşılaşacaq “Zirə”nin 3 futbolçusunda koronavirus aşkarlanıb.
Komanda.az xəbər verir ki, Riçard Almeyda, Fakundo Melivilo və Vüsal Əliyevdən götürülmüş testlərin nəticəsi müsbət çıxıb.
Hər üç oyunçu karantinə alınıb.
“Dənizçilər”in heyətində isə yoluxma halı qeydə alınmayıb. (Report)
Qeyd edək ki, aprelin 3-də keçiriləcək “Səbail” – “Zirə” matçı saat 16:30-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin