“Zirə”nin 2 futbolçusunun Konfrans Liqasından kənarda qalmasının səbəbi bilindi

“Zirə”nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Hayduk”la oyunları üçün iştirak ərizəsi açıqlanıb.

Baş məşqçi Rəşad Sadıqov siyahıya 21 futbolçunun adını daxil edib.

Komandadan ayrılacağı gözlənilən Salifu Suma və Rafael Utziq “Hayduk”la matçların heyətinə daxil edilməyib.

Komanda.az xəbər verir ki, həmçinin, “Zirə”nin yayda “Neftçi”dən transfer etdiyi Yeqor Boqomolskinin adı da iştirak ərizəsində yer almayıb. Belaruslu hücumçu Türkiyədə baş tutan təlim-məşq toplanışında zədələnib. 25 yaşlı forvard hazırda bərpa prosesi keçir. Boqomolski hələ oynamağa hazır deyil. “Zirə” növbəti mərhələyə yüksələcəyi təqdirdə, onun adı iştirak ərizəsinə daxil ediləcək.

Boqomolskidən başqa, yarımmüdafiəçi Eldar Quliyev də “Hayduk”la matçlarda olmayacaq. Onun adı da zədə səbəbindən iştirak ərizəsinə daxil edilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button