“Zirə”dən tarixinin ən uğurlu startı
“Zirə” Azərbaycan Premyer Liqasında tarixinin ən uğurlu startına imza atıb.
Komand.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, komanda 2023/2024 mövsümünə iki “quru” hesablı qələbə ilə başlayıb.
Rəşad Sadıqovun yetirmələri ardıcıl olaraq “Qarabağ” və “Kəpəz”i 1:0 hesabı ilə məğlub edib.
Qəsəbə klubu ölkə çempionatları tarixinə startda iki “quru” hesablı qələbə qazanan 18-ci komanda kimi düşüb. Bu, texniki nəticələr nəzərə alınmamaqla ümumilikdə 29-cu belə startdır.
“Neftçi” hamıdan çox – 5 mövsümdə ilk iki oyunda qol buraxmadan qalib gəlib. “Qarabağ” 4, “Bakı” 3, Sumqayıt “Xəzər”i və “Xəzər Lənkəran” hərəyə 2, digər komandalar isə bir mövsümdə belə uğurlu başlanğıc ediblər.
Cari mövsümdə daha bir komanda eyni göstəricini təkrarlaya bilər. İlk turda “quru” hesabla qələbə qazanan “Sabah”ın görüşü təxirə salındığı üçün bakılılar ikinci oyununa 3-cü turda çıxacaqlar
Bizi Facebook-da izləyin