“Zirə”dən Super Liqa təmsilçisi ilə heç-heçə

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” bu gün ilk yoxlama oyununa çıxıb.

Komanda.az xəbər verir ki, komanda “Fatih Karagümrük”lə qarşılaşıb.

“Fenerbahçe Topuk Yaylası”nın meydançasında keçirilən oyun qolsuz yekunlaşıb.

Xatırladaq ki, “Fatih Karagümrük”lə Türkiyə Superliqasında mübarizə aparır.

“Zirə” Türkiyədə daha 2 yoxlama görüşü keçirəcək. Türkiyə 1-ci liqasında mübarizə aparan “Qaziantep”lə qarşılaşacaq komandanın sonuncu rəqibi hələlik məlum deyil. Paytaxt təmsilçisi Bakıdakı toplanışı çərçivəsində “Kəpəz”lə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button