“Zirə”dən milli üzvü ilə yeni müqavilə
“Zirə” Cəlal Hüseynovla yeni müqavilə imzalayıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 17 yaşlı futbolçu ilə əvvəlki müqavilə 2022-ci ilin yayında başa çatmalı idi.
Yeni razılaşmaya əsasən futbolçu 2024-cü ilin yayına qədər bu komandada çıxış edəcək.
Qeyd edək ki, Cəlal Hüseynov 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının da üzvüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin