
“Zirə” yoxlama oyunu keçirəcək
“Zirə” milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranan fasilədə yoxlama oyunu keçirəcək.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Qartallar” martın 27-də “Qəbələ” ilə qarşılaşacaq. Zirə İdman Kompleksində keçiriləcək görüş saat 17:00-da başlayacaq.
“Zirə” hazırda Premyer Liqada 35 xalla 3-cü, “Qəbələ” isə 33 xalla 4-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin