“Zirə” yenə qələbə qazandı

Minifutbol üzrə Azərbaycan çempionatında 3-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ikinci oyun günündə daha 4 görüş keçirilib.

Çempionluğa iddialı “Zirə” yoluna itkisiz davam edir. “Sumqayıt”ı üstələyən adı çəkilən komanda ardıcıl üçüncü qələbəsini qazanıb.

Azərbaycan millisinin sabiq futbolçularından təşkil olunan “İnter” isə “Odlar Yurdu”na məğlub olub.

Turun bir gün əvvəl keçirilən oyunlarında “Dirçəliş” “Siyəzən”ə (7:2), “Birbaşa Bakı” “Dinamo Gəncə”yə (9:1) qalib gəlib. “Real Bakı” – “Aznur” (2:2) və “Atəşgah Suraxanı” – “Abşeron” (3:3) görüşləri heç-heçə yekunlaşıb.

Azərbaycan çempionatı, 3-cü tur

“Baku Fire” – “Turan” 1:1
“Odlar Yurdu” – “İnter” 4:3
“Veteran” – “Qalaksi Bakı” 3:3
“Zirə” – “Sumqayıt” 5:1

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button