“Zirə” “Dunayska Streda”nı darmadağınla yola saldı

“Zirə” bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda öz meydanında Slovakiya “Dunayska Streda”sı ilə qarşılaşıb.

Oyuna 20:30-da start verilib. Görüş “Zirə”nin 4:0 hesablı böyükhesablı qələbəsi ilə başa çatıb. Bu, “qartallar”ın avrokuboklarda ən böyükhesablı qələbəsi olub.

Tərəflər arasında cavab oyunu avqustun 1-də Slovakiyada keçiriləcək.

“Zirə” bundan əvvəl Avropa Liqasının birinci təsnifat mərhələsində “Şerif”ə (1:0, 1:2, penaltilərdə 4:5) uduzaraq yoluna Konfrans Liqasında davam edir.

Konfrans Liqası
2-ci təsnifat mərhələsi, ilk oyun

25 iyul

Zirə – Dunayska Streda 4:0
Qol: Rafael Utziq, 29. Martins Junior, 31. Davit Volkov, 51; 53.
Baş hakim: İv Torres (Lüksemburq).
Bakı, “Dalğa Arena” stadionu.

Zirə: Tiaqo Silva, Ruan Renato, Ange Mutsinzi, Martins Junior, Qismət Alıyev (k), Pyer Zebli, Ceyhun Nuriyev, İsmayıl İbrahimli, İssa Cibrilla, Davit Volkov, Rafael Utziq.
Ehtiyat oyunçular: Anar Nəzirov, Səlim Həşimov, Stefan Akka, Eldar Quliyev, Məqsəd İsayev, Rüstəm Əhmədzadə, Elçin Əlicanov, Fuad Bayramov, Hacıağa Hacılı, Abbas İbrahim.
Baş məşqçi: Rəşad Sadıqov.

Dunayska Streda: Aleksandar Papoviç, Mark Sinqer, Taras Kaçaraba, Mateus Brunetti, Aleks Mendez, Ammar Ramadan, Milan Dimun, Milan Vitalis, Yohan Andzuana (k), Matey Trusa, Damir Redziç.
Ehtiyat oyunçular: Samuel Petras, Atilla Nemet, Mahmudu Bayo, Yan Bernat, İvan Dolçek, Levente Bosze, Kristian Herç, Filip Kasa, Mate Tuboli, Romarik Yapi, Ladislav Almasi.
Baş məşqçi: Xisko Munyos.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button