“Zirə” – “Şerif” oyununa satılan bilet sayı məlum olub

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Zirə” – “Şerif” oyununa satılan bilet sayı məlum olub.

Bu barədə “Zirə” klubunun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə Komanda.az-a məlumat verib. Klub sözçüsü bildirib ki, bu günədək oyuna 2 min ədəd bilet satılıb. O, bilet satışının davam etdiyini bildirib.

İyulun 11-də Moldovada baş tutan ilk oyun Bakı klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab matçı iyulun 18-də, “Dalğa Arena”da keçiriləcək və saat 20:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button