“Zirə” – “Şerif” matçı qazaxıstanlı hakimə tapşırılıb

“Zirə”nin UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Bakıda “Şerif”ə (Moldova) qarşı keçirəcəyi cavab oyununun hakim təyinatı açıqlanıb.

Komanda.az xəbər verir ki, iyulun 18-də “Dalğa Arena”da keçiriləcək görüşü qazaxıstanlı hakimlər briqadası idarə edəcək.

Baş hakim Bulat Sariyevə yan xətt hakimləri Denis Labaşov və Yuri Tixonyuk kömək edəcək. Dördüncü hakim funksiyasını isə Aydın Tasıbayev yerinə yetirəcək.

İyulun 11-də Moldovada baş tutan ilk oyun Bakı klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button