“Zirə” – “Şerif”: Mətbuat konfranslarının vaxtı açıqlanıb

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Zirə” – “Şerif” oyunundan əvvəl baş tutacaq mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı dəqiqləşib.

Komanda.az xəbər verir ki, ilk olaraq iyulun 17-də, saat 17:30-da Bakı klubunun baş məşqçisi Rəşad Sadıqovun “Dalğa Arena”da mətbuat konfransı baş tutacaq.

Bir saat sonra isə “Şerif”in baş məşqçisi Yuri Qura mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq.

“Zirə”nin media üçün açıq məşqi saat 18:45-də “Qarabağ Arena”da, “Şerif”in məşqi isə 19:00-da “Dalğa Arena”da keçiriləcək.

Hər iki komandanın məşq prosesinin ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button