“Zirə” “Şerif”ə penaltilər seriyasında məğlub oldu

Bu gün Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Zirə” də növbəti sınağına məhz bu gün çıxıb.

Azərbaycan təmsilçisi Moldovanın “Şerif” komandasını qəbul edib. Bir həftə öncə Tiraspolda baş tutan səfər oyunundan qələbə ilə qayıtmış Rəşad Sadıqovun komandasına mərhələ adlamaq üçün doğma meydanda heç-heçə də sərf edirdi.

Qazaxıstandan olan hakimlərin idarə etdiyi matçın əsas vaxtında Moldova təmsilçisi 2:1 qalib gəlib. Ümumi hesab bərabər olduğu üçün əlavə vaxta ehtiyac duyulub. Amma əlavə vaxtda da hesab dəyişməz qalıb. Bu üzdən qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan “Şerif” növbəti mərhələyə yüksəlib. “Zirə” isə Avroliqa ilə vidalaşıb və mübarizəni Konfrans Liqasında davam etdirəcək.

Avropa Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunu

18 iyul

Zirə – Şerif 1:2 (penaltilər 4:5)
Qollar: Rafael Utziq, 5 – Əyyub Allaş, 54. Papa Ndiaqa Yade, 77.
Qırmızı vərəqə: Salifu Suma, 40.
Hakimlər: Bulat Sariyev, Denis Labaşov, Yuri Tixonyuk, Aydin Tassibayev (hamısı Qazaxıstan).
“Liv Bona Dea Arena”. Saat 20:00.
İlk oyun – 1:0.

Zirə: 97. Tiaqo Silva, 4. Ruan Renato, 3. Ange Mutsinzi, 19. Salifu Suma, 15. Pyer Zebli, 21. Hacıağa Hacıyev, 23. Rafael Utziq, 32. Qismət Alıyev, 6. Eldar Quliyev, 70. İssa Cibrilla, 90. Davit Volkov.
Ehtiyat oyunçular: Anar Nəzirov, Səlim Həşimov, Stefan Akka, Məqsəd İsayev, Elçin Əlicanov, Fuad Bayramov, Junior Martins, Abbas İbrahim, Rüstəm Əhmədzadə, Ceyhun Nuriyev.
Baş məşqçi: Rəşad Sadıqov.
Şerif: 16. Raşed Əl-Tumi, 8. Joao Paulo Fernandes, 33. Mateus Lins, 50. Jokelin Behiratçe, 66. İlunqa Pata, 18. Mussa Kyabu (k), 3. Nana Kvame Boakye, 10. Sedrik Badolo, 69. Peter Ademo, 90. Papa Ndiaqa Yade, 9. Ayak Riak.
Ehtiyat oyunçular: Straystari, Kaleadnik, Ouattara, Allaş, Mbekeli, Forov, Dyinari, Miya, Despotovski, Payreli, Akanbi.
Baş məşqçi: Yuri Qura.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button