“Zirə” rəsmisindən “Benfika”nın baxışa çağırdığı azərbaycanlı futbolçu ilə bağlı AÇIQLAMA
“Zirə”nin futbolçusu Cəlal Hüseynov Portuqaliyanın “Benfika” klubuna baxışa dəvət olunub.
Hazırda 17 yaşlı futbolçunun Portuqaliyaya yollanması üçün lazım olan sənədlər hazırlanır.
Bunu Komanda.az saytına açıqlamasında “Zirə”nin meneceri Elman Himayətoğlu da təsdiq edib:
“Bəli, Cəlal Hüseynovu “Benfika” klubu baxışa dəvət edib. Rəsmi müraciət ediblər. Amma futbolçu ilə bağlı bəzi sənəd işləri var. Ona görə də, Portuqaliya klubunun düşərgəsinə nə vaxt yollanacağı hələ dəqiq məlum deyil”.
Cəlal Hüseynov 13 yaşından “Zirə”nin akademiyasının üzvüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin