“Zirə” “Qarabağ”ın vidalaşmaq istədiyi futbolçunu transfer edə bilər

“Qarabağ”ın futbolçusu Filip Ozobiçin “Zirə”yə keçmək ehtimalı var.

Komanda.az-ın əldə etdiyi məlumata görə, cari mövsümün sonunda “köhlən atlar”la müqaviləsi sona çatacaq futbolçu qəsəbə təmsilçisinin formasını geyinə bilər.

Öncədən Azərbaycan millisində də forma geyinmiş Xorvatiya əsilli oyunçu ilə hazırkı sözləşmənin yenilənməsinə dair “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxlamışdıq. Klub rəsmisi bununla bağlı danışıqların aparılmadığını diqqətə çatdırmışdı.

Ağdam təmsilçisi Ozobiçlə müqaviləni yeniləməkdə maraqlı deyil. “Zirə” isə bunu fürsət bilərək, 32 yaşlı futbolçunu “rənglərinə bağlamaq” niyyətindədir.

Ozobiç cari mövsümdə “Qarabağ”ın heyətində bütün turnirlər daxil olmaqla 30 oyuna çıxıb, altı qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçu “Qarabağ”a 2018-ci ildə “Qəbələ”dən keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button