“Zirə”dən “Omoniya” ilə oyunlar üçün vacib dəyişiklik

UEFA Konfrans Liqasının pley-off mərhələsində Kiprin “Omoniya” klubu ilə qarşılaşacaq “Zirə” bu oyunlar üçün heyətində dəyişiklik edib.

Komanda.az xəbər verir ki, qəsəbə təmsilçisi bu yay “Kəpəz”dən transfer etdiyi gürcü yarımmüdafiəçi Giorgi Papunaşvilini iştirak ərizəsinə salıb. Əvəzində, İsmayıl İbrahimlinin adı iştirak ərizəsindən çıxarılıb. O, zədə səbəbindən “Omoniya” ilə matçlarda iştirak edə bilməyəcəkdi.

“Zirə” “Omoniya”ya qarşı ilk oyununu avqustun 22-də səfərdə keçirəcək. Qarşılaşma saat 21:00-da başlayacaq. Cavab görüşü bir həftə sonra Bakıda olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button