“Zirə” macarları məğlub etdi

Mövsümün ikinci yarısına hazırlıqlarını Antalyada davam etdirən “Zirə” bu gün növbəti yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, “qartallar” Macarıstanın yüksək liqasında çıxış edən “Paksi” klubu ilə qarşılaşıb. Görüş Bakı klubunun minimal hesablı qələbəsi ilə başa çatıb.

“Zirə” ilk yoxlama oyununda Rumıniyanın “Voluntari” klubuna 1:0 hesabı ilə qalib gəlib. “Qartallar” sonuncu yoxlama matçını yanvarın 26-da Rusiyanın “Tambov” klubuna qarşı keçirəcək.

Yoxlama oyunu

22 yanvar

16:00. Zirə – Paksi (Macarıstan) 1:0

Qol: İlkin Qırtımov, 57.

Zirə: 1. Orxan Sadıqlı, 14. Bəxtiyar Həsənalızadə, 27. Adrian Skarlatake, 88. Tellur Mütəllimov, 2. İlkin Qırtımov, 6. Vüqar Mustafayev (k), 11. Dilan Duventru, 8. Kamal Mirzəyev, 91. Bilal Həmdi, 9. Aleksandr Dedov, 7. Pərdis Fərcad-Azad.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button