“Arsenal”ın yetirməsi “Zirə”də – Rəsmi

“Zirə” klubu yeni futbolçu ilə anlaşıb.

Komanda.az xəbər verir ki, “qartallar” Alie Sesayla müqavilə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı sierra-leoneli müdafiəçi ilə müqavilənin müddəti bir il yarımdır.

London “Arsenal”ının yetirməsi olan Sesay, daha əvvəl İngiltərənin “Lester”, “Kolçester”, “Kembric”, “Barnet”, İsveçin “Frey”, Yunanıstanın “Kissamikos” və Bolqarıstanın “Arda” klubunda çıxış edib. Futbolçu həmçinin Sierra Leone yığmasının da üzvüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button