“Zirə” İsrail klubundan futbolçu transfer edib – Rəsmi

“Zirə” klubu İsraildən futbolçu transfer edib.

Klubdan Komanda.az-a verilən məlumata görə, İsrailin “Ness Ziona” klubunun mərkəz müdafiəçisi Stefan Aka Premyer Liqa təmsilçisi ilə anlaşıb.

32 yaşlı arxa xətt oyunçusu yeni klubu ilə 1+1 illik müqavilə bağlayıb.

Fil Dişi Sahilidən olan Stefan Aka karyerası ərzində İtaliyanın “Leqano Salus”, “Belluno”, Rumıniyanın “Unversitatya Krayova 1948”, “Unversitatya Krayova”, Türkiyənin “’Ərzurumspor”, İsrailin “Kiryat Şimona”, “Ness Ziona” klublarının şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button