“Zirə” ilə oyun komandamız üçün ciddi sınaqdır” – “Şerif”in baş məşqçisi
“Şerif”in baş məşqçisi Yuri Qura Moldovada “Zirə”yə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında iştirak edib.
Komanda.az xəbər verir ki, ukraynalı mütəxəssis rəqiblərinin səviyyəli komanda olduğunu deyib:
“Qarşıdakı oyun komandamız üçün ciddi sınaqdır. Psixoloji cəhətdən hazır olmaq lazımdır. Sabah meydanda əlimizdən gələni edəcəyik. Bu, baş məşqçi kimi ilk avrokubok qarşılaşmamdır. Bu səbəbdən, müsbət nəticəyə ümid edirəm. Əlbəttə, həyəcan var. Amma istəyimiz böyükdür. Meydanda bacarığımızı göstərməliyik”.
“Şerif” və “Zirə” arasında ilk görüş iyulun 11-də, saat 21:00-da “Şerif” İdman Kompleksində keçiriləcək. Cavab matçı isə bir həftə sonra “Liv Bona Dea Arena”da olacaq. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.
Bizi Facebook-da izləyin