“Zirə” bu gün Slovakiya komandası ilə üz-üzə gələcək

“Zirə” bu gün UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununa çıxacaq.

Komanda.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda öz meydanında Slovakiya “Dunayska Streda”sı ilə qarşılaşacaq. Oyuna 20:30-da start veriləcək.

Tərəflər arasında cavab oyunu avqustun 1-də Slovakiyada keçiriləcək.

“Zirə” bundan əvvəl Avropa Liqasının birinci təsnifat mərhələsində “Şerif”ə (1:0, 1:2, penaltilərdə 4:5) uduzaraq yoluna Konfrans Liqasında davam edir.

Konfrans Liqası, 2-ci mərhələ

İlk oyun

25 iyul

20:30 Zirə  – Dunayska Streda (Slovakiya)
Bakı, “Dalğa Arena” stadionu
Baş hakim: İv Torres (Lüksemburq)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button