“Zirə” bu gün “Şerif”lə cavab matçına çıxacaq

“Zirə” bu gün UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində cavab matçına çıxacaq.

Komanda.az xəbər verir ki, “qartallar” “Dalğa Arena”da “Şerif”lə (Moldova) qarşılaşacaq.

Saat 20:00-da başlayacaq görüşü Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.

“Zirə” – “Şerif” cütünün qalibi 2-ci təsnifat mərhələsində “Elfsborq” (İsveç) – “Pafos” (Kipr) qarşılaşmasında üstün olan komanda ilə üz-üzə gələcək. Bu cütün məğlubu UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Slovakiyanın “DAK 1904” komandası ilə qarşılaşacaq

UEFA Avropa Liqası
1-ci təsnifat mərhələsi, cavab oyunu

18 iyul

20:00. Zirə – Şerif (Moldova)
Baş hakim: Bulat Sarıyev (Qazaxıstan).
Mərdəkan, “Dalğa Arena”.
lk oyun – 1:0

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button