
“Zirə” bu gün səfərdə “Hayduk”la qarşılaşacaq
“Zirə” bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxacaq.
Komanda.az xəbər verir ki, “qartallar” Xorvatiyada yerli “Hayduk” komandası ilə qarşılaşacaq. Bakıda keçirilən ilk oyun 1:1 hesabı ilə başa çatıb. Rəşad Sadıqovun komandasına növbəti mərhələyə yüksəlmək üçün yalnız qələbə lazımdır.
Oyunu italiyalı hakim Luka Payretto idarə edəcək.
Konfrans Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunu
31 iyul
23:00 Hayduk (Xorvatiya) – Zirə
İlk oyun – 1:1
Baş hakim: Luka Payretto (İtaliya)
Split. “Polyud Stadium”
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin