
“Zirə” braziliyalı futbolçu ilə anlaşıb
“Zirə” braziliyalı futbolçu Ruan Renato ilə anlaşıb.
Komanda.az xəbər verir ki, 29 yaşlı müdafiəçi Bakı klubu ilə 2 illik müqavilə imzalayıb.
Son iki mövsümü “Qəbələ”də keçirən Renato “qırmızı-qaralar”ın yeni sözləşmə təklifini qəbul etməmişdi. O, əvəzində “Zirə” ilə razılaşıb. Qəsəbə təmsilçisi tezliklə bu keçidi açıqlayacaq.
Renato ötən mövsüm “Qəbələ”nin heyətində Azərbaycan kubokunu qazanıb. O, Premyer Liqada keçirdiyi 33 oyunda 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin