“Zirə” belçikalı ilə vidalaşdı

“Zirə” klubu belçikalı futbolçusu Loris Broqno ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə 31 yaşlı hücumçu “instaqram” hesabında paylaşım edib.

O, başa çatan müqaviləsinin yenilənməyəcəyini bildirib:

“Azərbaycanda keçirdiyim iki ilə görə “Zirə” klubuna təşəkkür edirəm. İndi yeni macəra vaxtıdır”.

Broqno “Zirə”yə 2021-ci ilin yayında Belçikanın “Beerşot” klubundan keçmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button