
“Zirə” baş məşqçini göndərdi
“Zirə” klubunun əvəzedici komandasının baş məşqçisi istefaya göndərilib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 1-ci divizionda çıxış edən “Zirə-2”nin baş məşqçisi Azər Məmmədovla yollar ayrılıb. Onunla müqaviləyə qarşılıqlı razılaşma əsasında son qoyulub.
14 turdan sonra 16 xala malik “Zirə-2” I divizionun turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin