“Zirə” 800 manat cərimə ödəyəcək
“Sabah”ın futbolçusu İqor Noqeyra Azərbaycan Premyer Liqasının 21-ci turunda “Kəpəz”lə oyunda qırmızı vərəqə aldığı üçün bir oyunluq cəzalandırılıb.
Komanda.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar çıxarılıb.
Bakı klubu həmçinin 63-cü dəqiqədə ikinci sarıdan sonra qırmızı vərəqə görən legionerə görə 500 manat cərimə ödəyəcək.
“Neftçi” – “Şamaxı” oyununda qonaqlar 5 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimələnib. “Araz-Naxçıvan” isə “Sumqayıt”la oyunda 4 futbolçusunun sarı vərəqə alması səbəbindən eyni məbləğdə ziyana düşüb.
“Zirə – “Qarabağ” oyunu bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə isə “Zirə” klubu 800 manat cərimə olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin