
“Zirə” 5 futbolçu ilə yollarını ayırır
“Zirə”ni tərk edəcək futbolçuların adları məlum olub.
Komanda.az-ın əldə etdiyi məlumata görə, “qartallar” müqavilə müddəti başa çatan serbiyalı Miloş Radivoyeviç, moldovalı Aleksandr Dedov, qapıçı Kamal Bayramov, Sadiq Quliyev və Pərdis Fərcad-Azadla vidalaşacaqlar. Zirə təmsilçisi yaxın zamanda bu futbolçularla yolların ayrıldığını rəsmən açıqlayacaq.
“Zirə” Azərbaycan Premyer Liqasının son mövsümünü 31 xalla 5-ci pillədə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin