Azərbaycan kubokunda 6-cı start

Bu gün Azərbaycan kubokunda 2019/20 mövsümünə start veriləcək.

Komanda.az xəbər verir ki, “Zirə” 1/8 finaldan mübarizəyə başlayacaq. “Qartallar” dekabrın 4-də 1-ci divizion təmsilçisi “Qaradağ Lökbatan”la üz-üzə gələcək.

Bu oyunla “Zirə” tarixində 6-cı dəfə kubok uğrunda mübarizəyə start verəcək. Azərbaycan kubokunda 2014-cü ildə debüt edən komanda 5 mövsüm bu turnirdə qüvvəsini sınayıb. Bir dəfə yarımfinala (2018/19), üç dəfə 1/4 finala (2015/16, 2016/17, 2017/18) qədər irəliləyən “qartallar” 2014/15 mövsümünü 1/16 finalda başa vurub.

İlk kubok matçını 2014-cü il oktyabrın 22-də “Qaradağ Lökbatan”a qarşı keçirən “Zirə” 0:1 hesabı ilə uduzub. Beş ildən sonra eyni rəqiblə görüş yubiley – 15-ci kubok matçı olacaq. Əvvəlki 14 oyunda 7 qələbə qazanan “Zirə” 2 heç-heçə edib və 5 dəfə uduzub. Rəqib qapılarından 18 top keçirən futbolçular 20 qol buraxıblar.

Bu matçlardan 6-sı evdə, 8-i səfərdə baş tutub. 7-ci ev qarşılaşmasına çıxacaq komanda öz meydanında 3 qələbə qazanıb, 1 heç-heçə edib və 2 dəfə uduzub. Bu görüşlərdə top fərqi 9-8-dir.

Zaur Həşimov “Zirə”nin baş məşqçisi kimi ilk kubok matçına çıxacaq. Əvvəlki 14 oyunda Adil Şükürov 6, Samir Abasov 4, Ayxan Abbasov 3, Bəhram Şahquliyev 1 dəsə “sükan arxasında” olub.

Azərbaycan kubokunda “Zirə”nin formasını 69 futbolçu geyinib. Kamal Bayramov hamıdan çox – 12 oyuna çıxıb. Vüqar Mustafayevlə Vüsal İsgəndərlinin hesabına 9 matç var.

“Qartallar”ın rəqib qapısından keçirdiyi 18 topa 13 oyunçu imza atıb. Nelson Bonilya hamıdan çox – 3, Vüsal İsgəndərli, Nurlan Novruzov, Adil Nağıyev və Pərdis Fərcad-Azad hərəyə 2 dəfə fərqlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button