“Zirə”yə xəbərdarlıq edildi – Jurnalistlərə görə

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda Misli Premyer Liqasının 12-ci turunda baş tutan matçlarda qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.

“Kəpəz”lə oyunda 4 futbolçusu sarı vərəqə alan “Səbail” 800 manat cərimələnib. Matçın 40-cı dəqiqəsində birbaşa qırmızı vərəqə alan qonaqların oyunçusu Nihad Qurbanlıya 1 oyun cəza, klubuna 200 manatlıq cərimə tətbiq olunub.

“Zirə” – “Neftçi” görüşündə jurnalistlər zona 1-də PFL-in verdiyi akkreditasiyaları üzərlərində görünən şəkildə asmadıqları üçün ev sahiblərinə xəbərdarlıq olunub.

“Şamaxı” – “Qarabağ” qarşılaşmasında isə qonaqların azarkeşləri tərəfindən Şamaxı stadionunda 12 ədəd plastik oturacağın sıradan çıxarılmasına görə stadiona ziyan vurulduğu üçün dəymiş ziyan Ağdam klubu tərəfindən tam ödəniləcək.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button