“Zirə”nin yeni transferi Ukrayna klubundan inciyib

“Zirə”nin yeni transferi Vladislav Kulaçın Ukraynanın “Dinamo” (Kiyev) klubundan ayrılmasının səbəblərini məlum olub.

Komanda.az xəbər verir ki, o, bu barədə “Footbal TIME” nəşrinə danışıb.

29 yaşlı oyunçu Ukrayna təmsilçisini futbol baxımından özü üçün uyğun hesab etməyib:

“Bu, çox çətindir. “Dinamo”dan təklif alanda düşündüm, razılaşdım. Oyunçularla, komanda ilə tanış oldum. Bunun üçün şadam. Amma futbol baxımından mənim üçün o qədər də yaxşı deyildi”.

Kulaç dəstək hiss etmədiyini də vurğulayıb:

“Gizlətmirəm, bunu hamı bilir. Lakin dəstək hiss etmədim. Baş məşqçinin münasibətini gördüm və orada oynaya bilməyəcəyimi başa düşdüm”.

Kulaç 2021-ci ilin yayından formasını geyindiyi “Dinamo”da ümumilikdə 7 oyuna çıxıb, 1 qol vurub. Transfer qiyməti 700 000 avro olan hücumçu “Zirə” ilə 1,5 illik sözləşmə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button