“Zirə”nin yeni transferi: “İlk oyunum rahat keçdi”
Azərbaycan Premyer Liqasının 15-ci turunda “Sabah”ı 2:0 hesabı ilə məğlub edən “Zirə”nin müdafiəçisi Ali Sisey oyundan sonra açıqlama verib.
Komanda.az xəbər verir ki, “qartallar”ın heyətində ilk rəsmi oyununu keçirən futbolçu qələbəni və debütünü şərh edib:
“Oyuna yaxşı başladıq. “Sabah” yaxşı rəqibdir. Biz 3 xal qazandıq və hər şey əladır. Komanda yoldaşlarım debütdə mənə çox kömək etdi. Güclü komandamız var. Ona görə də debütüm rahat keçdi. Digər rəqiblər də güclüdür. “Sabah” da yaxşı komandadır”.
Sisey avrokuboklara vəsiqə qazanmaq istədiklərini dilə gətirib:
“Bizim məqsədimiz var. İstəyirik ki, mövsümün sonunda Avropa Liqasında vəsiqə qazanaq. Bunun üçün əlimizdən gələni edirik”.
“Arsenal” və “Lester Siti” kimi klubların akdademiyasında olan futbolçu Azərbaycana gəlişini şərh edib:
“Hələ cavan oğlanam. Futbol oynamaq istəyirəm. “Zirə”dən xoş sözlər deyildi və bura gəldim”.
Syerra-leoneli futbolçu matçın onun karyerasında ən asan görüş olduğu fikri ilə razılaşmayıb:
“Bu oyun asan deyildi. “Sabah” yaxşı rəqibdir. Komanda üzvləri mənə kömək etdi və belə oynadıq”.
Bizi Facebook-da izləyin