“Zirə”nin şikayəti qismən təmin edildi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının yeni qərarları açıqlanıb.

Komanda.az həmin qərarları nəzərinizə çatdırır:

  1. “Zirə” klubu tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin.
  2. İntizam Komitəsinin 15.09.2023-cü il tarixdə Azərbaycan Premyer Liqasının 6-cı turunun “Zirə” – “Sumqayıt” oyununda “Zirə” klubunun 15 nömrəli futbolçusu Pyer Zebli ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanması, “Zirə” klubunun 1500 manat cərimə edilməsi (maddə 39.1) barədə 19 sentyabr 2023-cü il tarixli qərarı “oyun cəzası” sanksiyası hissəsində dəyişdirilsin.
  3. Futbolçu Pyer Zebli barəsində tətbiq olunan 2 oyunluq cəzanın çəkilməmiş hissəsi, yəni 1 oyunluq cəza şərti tətbiq edilsin.
  4. Futbolçu Pyer Zebli üçün şərti cəzanın çəkilməsinə görə 3 (üç) ay sınaq müddəti təyin edilsin. Sınaq müddəti ərzində İntizam Məcəlləsi ilə nəzərdə tutulmuş hər hansı pozuntunu törətdikdə 1 oyunluq cəza törədilən pozuntuya görə nəzərdə tutulmuş oyun cəzası sanksiyasının üzərinə gəlinsin.
  5. İntizam Komitəsinin qərarı “cərimə sanksiyası” hissəsində qüvvədə saxlanılsın.
  6. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin.
  7. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button