“Zirə”nin qapıçısı “Makkabi”ylə oyuna görə millidən ayrıldı
Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Zirə”nin qapıçısı Səlim Həşimov yığmanın düşərgəsini tərk edib.
Buna qolkiperin İsraildə Makkabi” (Təl-Əviv) klubuna qarşı keçiriləcək UEFA Konfrans Liqasının 2-ci tərnifat mərhələsinin cavab oyunu üçün “Zirə”yə cəlb olunması səbəb olub. Onun yerinə “Turan Tovuz”dan Ümid Cəfərov heyətə cəlb edilib.
İyulun 28-də Təl-Əvivdə oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. “Zirə” Bakıdakı görüşdə rəqibinə 0:3 hesabı ilə uduzub.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin