
“Zirə”nin legioneri Ruandaya qarşı 73 dəqiqə oynadı
“Zirə”nin legioneri Klesio Bauk Mozambik milli komandasının heyətində növbəti oyuna çıxıb.
Komanda.az xəbər verir ki, o, Afrika Millətlər Kubokunun seçmə mərhələsinin 5-ci turu çərçivəsində Ruanda ilə səfər matçının iştirakçısı olub.
Komandasının start heyətində meydana çıxan yarımmüdafiəçi 73-cü dəqiqədə əvəzlənib. Mozambik yığması bu oyundan 0:1 hesablı məğlubiyyətlə ayrılıb. Baukun komandası 5 oyuna topladığı 4 xalla F qrupunda 3-cü yerdə qərarlaşıb.
Mozambik millisinin növbəti matçı martın 30-da “Qarabağ”ın futbolçusu Patrik Andradenin çıxış etdiyi Kabo Verde yığmasına qarşı olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin