
“Zirə”nin kapitanı 100-ə çatdı
Qismət Alıyev “Zirə”də 100-cü oyununu keçirib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, kapitanın yubileyi Premyer Liqanın 4-cü turunda “Sabah”la ev qarşılaşmasına təsadüf edib.
Qeyd edək ki, sözügedən görüşdə “Zirə” “Sabah”a 1:0 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, Alıyev 2020-ci ildən Bakı təmsilçisində oynayır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin