“Zirə”nin hücumçusunda koronavirus aşkarlandı

“Zirə”nin hücumçusu Ruslan Qurbanovda koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Rəşad Sadıqov məlumat verib.

O, Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyundan sonra baş tutan mətbuat konfransında Ruslanın COVİD-19 testinin pozitiv çıxdığını bildirib.

Hücumçunun test nəticəsi 2 gün öncə müsbət çıxıb. Millimizin sabiq üzvü karantinə alınıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button