“Zirə”nin futbolçusu üçün il başa çatdı
Azərbaycan Premyer Liqasının 15-ci turunun “Sumqayıt”la oyununda zədələnərək meydanı tərk edən “Zirə”nin futbolçusu Rafael Utziq cari ili başa vurub.
Komanda.az klubun mətbut xidmətinə istinadən xəbər verir ki, braziliyalı hücumçu bu ilin sonlarında ən yaxşı halda bir matçda meydana çıxa bilər.
Utziq “Sumqayıt”a qalib gəldikləri (4:1) oyunun 22-ci dəqiqəsində zədələndiyi üçün Eldar Quliyevlə əvəzlənib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin