“Zirə”dən Serbiya klubu ilə heç-heçə

“Zirə” Antalyadakı təlim-məşq toplanı çərçivəsində bu gün daha bir yoxlama oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçi olduğu komanda “Radniçki” (Serbiya) ilə qarşılaşıb.

Bu oyunda qapılara qol vurulmayıb. Nəticədə toplanışı heç-heçə ilə bitirən “Zirə” sabah Bakıya dönəcək.

Xatırladaq ki, “Zirə” daha öncə Rumıniyanın “Kindiya” komandası ilə oyundan 3:2 hesablı qələbə ilə ayrılmış, bu gün baş tutan digər matçda isə Macarıstanın “Seged-Çanad” kollektivinə 1:3 hesabıyla uduzmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button