“Zirə”dən ayrıldı, Rusiyanın 1-ci Liqa klubuna keçdi
Ötən mövsümün sonunda “Zirə”dən ayrılan Nemanya Andelkoviç Rusiyanın “Akron” komandasına keçib.
Komanda.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
Serbiyalı müdafiəçi 1-ci Liqa təmsilçisi ilə uzunmüddətli müqavilə imzlayıb. Sözləşmənin detalları açıqlanmayıb.
26 yaşlı oyunçu yeni komandasında 26 nömrəli formanı geyinəcək.
Andelkoviç 2021-ci ilin yanvarından “Zirə”də çıxış edirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin