
“Zirə”də ayrılıq – RƏSMİ
“Zirə” futbol klubu Cavid Hüseynovla yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib.
Hüseynov 2019-cu ilin yayından “Zirə”də çıxış edirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin