“Zirə” Rumıniya klubu ilə yoxlama oyunu keçirəcək
“Zirə”nin Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışı çərçivəsində yoxlama matçı keçirəcəyi rəqiblərdən biri bəlli olub.
Komanda.az xəbər verir ki, Rəşad Sadıqovun çalışdırdığı komanda Rumıniyanın 1-ci liqa təmsilçisi “Hermanştadt”la qarşılaşacaq.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Lakin oyunun dəqiq tarixi bilinmir. Sözügedən komanda 18 iyun – 1 iyul aralığında Türkiyədə hazırlıq keçəcək. Rumıniya təmsilçisi burada “Zirə” ilə yanaşı, yerli “Qaziantep”, “Tirana” (Albaniya) və “Dinamo-Avto” (Moldova) komandaları ilə də üz-üzə gələcək.
Rəşad Sadıqovun baş məşqçi olduğu komanda isə iyunun 24-dən iyulun 7-dək Boluda hazırlıq keçəcək. “Zirə” bu müddətdə 2 sınaq matçı keçirməyi planlaşdırır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin