“Zirə” Macarıstan klubuna məğlub oldu

“Zirə” Antalyadakı təlim-məşq toplanı çərçivəsində bu gün növbəti yoxlama oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçi olduğu komanda Macarıstanın “Seged-Çanad” kollektivi ilə qarşılaşıb.

Bakı vaxtı ilə saat 13:00-da başlayan bu oyunda qapılara dörd qol vurulub. Yekunda “Zirə” 1:3 hesablı məğlubiyyətə üzülüb. Azərbaycan təmsilçisinin yeganə qolunu Toni Qomes vurub.

“Zirə” bu gün daha bir yoxlama oyunu keçirəcək. İkinci oyundakı rəqib isə “Radniçki” (Serbiya) olacaq. Serblərlə oyun saat 16:30-da start götürəcək.

Xatırladaq ki, “Zirə” daha öncə Rumıniyanın “Kindiya” komandası ilə oyundan 3:2 hesablı qələbə ilə ayrılmışdı.

Qeyd edək ki, “Zirə” sabah Bakıya dönəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button