“Zirə” ilə “Qəbələ”nin Konfrans Liqasındakı potensial rəqibləri bilindi

UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada Azərbaycanın “Zirə” və “Qəbələ” klublarının mümkün rəqibləri məlum olub.

“Zirə” 2-ci təsnifat mərhələsində İsrailin “Makkabi” (Təl-Əviv) komandası ilə matçdan üstün ayrılsa, “Qomel” (Belarus) – “Aris” (Yunanıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

“Qəbələ” Macarıstan “Fehervar”ını keçsə, “Petrokub-Hinçesti” (Moldova) / “Laçi” (Albaniya) cütünün qalibi ilə oynayacaq və ilk matç evdə olacaq.

“Neftçi” isə Kipr “Aris”ini üstələyəcəyi təqdirdə, “Rapid” (Vyana, Avstriya) / “Lexiya” (Qdansk, Polşa) cütünün qalibi ilə üz-üzə gələcək və ilk oyununu evdə keçirəcək.

UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin oyunları avqustun 4-də və 11-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button