“Zirə” ilə oyunadək görüləsi işlər çoxdur” – “Makkabi”nin baş məşqçisi
Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə”nin rəqibi olan İsrailin “Makkabi” (Təl-Əviv) komandasının baş məşqçisi Vladimir İviç Azərbaycan təmsilçisi ilə oyunlara hazırlığı dəyərləndirib.
Komanda.az xəbər verir ki, serbiyalı mütəxəssis fiziki hazırlığı artırmalı olduqlarını bildirib:
“Əlimizdən gələni edirik, futbolçular çox çalışır. Azərbaycan təmsilçisi ilə matça təxminən bir ay qalmış hazırlığa başladıq. Hazırda bəzi oyunçuları qorumalıyıq. “Zirə” və Netaniya “Makkabi”si ilə oyunadək görüləsi işlər çoxdur. Təlim-məşq toplanışını başa vuraraq İsrailə qayıtdıqdan sonra çempionat və Konfrans Liqasındakı matçların hazırlığına yönələcəyik. Bizi avrokuboklarda çətin mübarizə gözləyir”.
“Zirə”nin “Makkabi” ilə ilk oyunu iyulun 21-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra İsraildə baş tutacaq.
Bizi Facebook-da izləyin