“Zirə” bu gün Türkiyədə sonuncu oyununu keçirəcək

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” bu gün sonuncu yoxlama oyununu keçirəcək.

Komanda.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçi olduğu komanda Tanzaniya təmsilçisi “Simba” ilə üz-üzə gələcək.

“Vonresort” otelin meydançasında baş tutacaq qarşılaşma saat 17:00-da start götürəcək.

“Zirə” daha əvvəl Türkiyənin “Fatih Karagümrük” komandası ilə qolsuz heç-heçə edib.

“Qartallar” Azərbaycan Premyer Liqasının 1-ci turunda “Qarabağ”ın qonağı olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button