
Zinçenkonun yeni klubu bilindi
“Arsenal” futbolçusu Aleksandr Zinçenkonu icarəyə verib.
Komanda.az xəbər verir ki, ukraynalı yarımmüdafiəçi Premyer Liqanın digər təmsilçisi “Nottingem Forest”ə keçib.
Bu barədə klubların mətbuat xidməti məlumat yayıb. 28 yaşlı futbolçu mövsümün sonuna qədər yeni komandasında çıxış edəcək.
Ukrayna millisinin üzvü 2022-ci ildən “Arsenal”da çıxış edir. 2016-2022-ci illərdə “Mançester Siti”də oynayan futbolçu 4 dəfə İngiltərə Premyer Liqasının, eyni sayda da İngiltərə kubokunun qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



