Ukraynalı futbolçu “Vest Hem”ə keçə bilər

Ukrayna millisinin və “Arsenal”ın müdafiəçisi Oleksandr Zinçenko karyerasını İngiltərənin digər klubu “Vest Hem”də davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “WestHamZone” məlumat yayıb.

Bundan əvvəl mətbuatda Zinçenkonun “Milan”a keçə biləcəyi iddia olunurdu. Ancaq ukraynalı oyunçunun maliyyə tələbləri transferin reallaşmasına mane olub.

Zinçenko 2022-ci ilin yayından etibarən “Arsenal”ın şərəfini qoruyur. O, son mövsümdə London klubunun heyətində 23 oyuna çıxaraq, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

28 yaşlı oyunçunun “Arsenal”la müqaviləsinin müddəti 2026-cı ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button