“Zidanın Deşamdan daha yaxşı işləyəcəyinə əmin deyiləm” – Sabiq futbolçu

PSJ-nin sabiq futbolçusu Jan-Mişel Larke “Real”ın keçmiş baş məşqçisi Zinəddin Zidanın Fransa millisinə rəhbərlik edəcəyinə inanmır.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, fransalı mütəxəssisin Didye Deşamdan daha yaxşı olduğuna əmin olmadığını söyləyib:

“Mən Zidanın heç vaxt Fransa millisinə rəhbərlik etməyəcəyinə mərc etməyə hazıram. Bu, mənim fikrimdir. İnanıram ki, o, bu işlə maraqlanmır. Zinəddinin Didye Deşamdan daha yaxşı işləyəcəyinə də əmin deyiləm. Son 12 ildir ki, yığma ən yüksək səviyyədə çıxış edir”.

Deşam 2012-ci ildən Fransa millisinin baş məşqçisidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button